“Nə qədər ki, Ukraynada Prezident Volodimir Zelenski hakimiyyətdədir, danışıqlar mümkün deyil”.
Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev deyib.
O bildirib ki, danışıqlar qaçılmazdır. Lakin nə qədər ki, Zelenski hakimiyyətdədir bu, olmayacaq. Medvedev, həmçinin münaqişənin onilliklər boyu davam edə biləcəyini də diqqətə çatdırıb.
Səbinə Kərimova / aktualtv.az