Prezidentliyə namizədliyini irəli sürməsi etirazlarla qarşılandı – Özəl

Florida qubernatoru Ron DeSantisin Birləşmiş Ştatların prezidenti vəzifəsinə namizədliyini irəli sürməsinə qarşı etirazlar artıb.

Aktualtv.az xəbər verir ki, təmsil etdiyi ştatın sakinləri azmış kimi, Meksika prezidenti Andres Manuel Lopez Obrador da latin amerikalı seçiciləri DeSantisi dəstəkləməməyə çağırıb. O, siyasətçini miqrantlar hesabına səs toplamağa çalışmaqda ittiham edib.

Qeyd edək ki, Respublikaçılar Partiyasından namizədliyini irəli sürən DeSantis anti-miqrasiya siyasəti ilə gündəmdədir. O, Meksika sərhəddində divar inşa edəcəyini vəd edib.

Bundan başqa o, qanunsuz miqrasiyaya güclü nəzarət tətbiq edəcəyini və sığınacaqları məhdudlaşdıracağını deyib.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]