Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri görüşəcək – Özəl

Rusiya, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri hələlik həll olunmamış məsələlərin həlli üçün gələn həftə görüşəcəklər.

Aktualtv.az “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya prezidenti Vladimir Putin bildirib. O bunu Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

Putin vurğulayıb ki, bu, bugünədək həll olunmamış məsələlərin həllinə ümid verən yaxşı bir razılaşmadır. Rusiya prezidenti qeyd edib ki, Ermənistan və Qarabağı birləşdirən yeganə yol olan Laçın yolu ilə bağlı Moskvanın mövqeyi dəyişməz olaraq qalır.

Putin bu şərhi Paşinyanın Laçın yolunda vəziyyətin gərgin olduğunu deməsindən sonra verib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]