“Rusiya ilə NATO ölkələri arasında qarşıdurma nüvə silahının tətbiqi ilə nəticələnəcək”.
Aktualtv.az xəbər verir ki, bunu Rusiyanın sabiq Prezidenti, hazırda ölkənin Təhlükəsizlik Şurasının sədr müavini olan Dmitri Medvedev deyib.
Onun sözlərinə görə, Qərb ehtimal olunan təhlükəni dərk etmir.
Medvedev söyləyib ki, ABŞ və Avropa İttifaqı Ukraynanı təkcə F-16 qırıcıları ilə deyil, həm də nüvə silahı ilə təmin edəcəklər.
Büllur Məmmədova / aktualtv.az