Yaponiya Böyük yeddilik liderlərinin Moskvanın Ukraynaya müdaxiləsini cəzalandırmaq üçün tədbirləri gücləndirmək qərarından sonra Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edəcəyini bildirib.
Aktualtv.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin katibi Hirokazu Matsuno mətbuat konfransında jurnalistlərə açıqlamasında məlumat verib.
O, həmçinin Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək addımını pisləyərək, bunun Ukraynanın işğalı ətrafında vəziyyəti daha da gərginləşdirəcəyini deyib.
Səbinə Kərimova / aktualtv.az