Mövcud şərait yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının mümkünlüyünə ümid etməyə imkan verir, lakin əsas məsələ zaman deyil, bütün məsələlərin yekun həllidir.
Aktualtv.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri tərəflər arasında məsələləri müzakirə etmək üçün “gələn həftənin sonunda Moskvada” toplaşacaqlar.
“Hər şeyi sona qədər yekunlaşdırmaq vəzifəsi yoxdur, çünki əsas hələlik yekun nəticədir, burada heç kim vaxtın dalınca getmir”, – deyə Peskov bildirib.
Səbinə Kərimova / aktualtv.az