Tədbirə gedən məktəb direktoru qəzada öldü – Foto

Lənkəranda məktəb direktorunun ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

Aktualtv.az xəbər verir ki, dünən saat 12:30 radələrində rayonun Xanbulan kənd ərazisində Liman qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru Məmmədov Ramiz Şahvələd oğlunun idarə etdiyi “Nissan” markalı minik avtomobili qarşıdan gələn avtobusla toqquşub. Nəticədə R.Məmmədov və 2 sərnişini ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən şəxslərdən Ramiz Məmmədov qısa müddət sonra vəfat edib.
Bildirilir ki, R.Məmmədov vaxtilə dərs dediyi Lənkəran şəhər 3 nömrəli məktəbin məzunlarının məktəbi bitirmələrinin 30 illiyi ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirə gedərkən qəzaya düşüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]