“Rusiyanın yalnız Ukraynadakı müharibədə qalib gələcəyi təqdirdə danışıqlara hazır olacağına inanırıq.”
Aktualtv.az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell İspaniyanın Barselona şəhərində keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi daha da gərginləşəcək.
O, yayda baş verəcək toqquşmalardan narahat olduğunu və bu barədə nikbin düşünmədiyini açıqlayıb. Borrell bu fikirləri Rusiyanın Ukraynaya qarşı hücumlarını artırmasına münasibət bildirərkən açıqlayıb.
Etibar Məmmədov / aktualtv.az










