Bu gün səhər Türkiyədə hakim AK Partinin Kırıkkale şəhərinin Lüleburqaz rayon təşkilatının binasına hücum olub.
Aktualtv.az xəbər verir ki, hücumu həyata keçirən şəxs binaya daşlar atıb. Nəticədə binanın pəncələrinin şüşələri sındırılıb. Hücumu həyata keçirənin şəxsiyyəti müəyyənləşib və o, saxlanılıb. Onun haqında istintaq başlanılıb. Adı açıqlanmayan şəxsin 20-25 yaş aralığında olduğu bildirilib.
Qeyd edək ki, mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da keçirilə bilər.
“CNNTurk”ün yaydığı məlumata görə, ölkənin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini bu gün açıqlayacaq. İyunun 2-də millət vəkilləri Böyük Millət Məclisində and içəcək. 5 gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək. Prezident and içdikdən sonra isə yeni hökumətin tərkibini elan edəcək və Nazirlər Kabinetinin iclasını keçirəcək.
Səbinə Kərimova / aktualtv.az










