Baş nazir parlamenti buraxdı – Növbədənkənar seçkilər keçiriləcək – Özəl

İspaniyanın baş naziri Pedro Sançes iyulda növbədənkənar parlament seçkisinin keçiriləcəyini elan edib.

Aktualtv.az xəbər verir ki, o bunu hakim sosialistlərin regional və yerli seçkidə böyük uğursuzluqlarla üzləşməsindən bir neçə saat sonra bildirib. Milli televiziya ilə yayımlanan bəyanatda Sançes, İspaniya Kralı 6-cı Flippi iyulun 23-ü parlament seçkisinin keçirilməsi barədə məlumatlandırdığını və qərarı təsdiqləmək üçün bazar ertəsi Nazirlər Kabinetinin növbədənkənar iclasının keçiriləcəyini söyləyib.

Mühafizəkar Xalq Partiyası bazar günü keçirilən seçkidə böyük nailiyyətlər əldə edib. Ölkənin şərqindəki Valensiya regional hökuməti və cənubdakı Sevilya şəhər meriyası da daxil olmaqla, çoxsaylı əsas regional və şəhər hökumətlərində sosialistlər seçkinin məğlub tərəfinə çevriliblər. Xalq Partiyasının lideri Alberto Nunes Feyxoo bu addımı alqışlayıb.

Xatırladaq ki, 51 yaşlı Sançes 2018-ci ildə o vaxtkı mühafizəkar baş nazir Mariano Raxoya qarşı parlamentdə etimadsızlıq səsverməsi qazandıqdan sonra baş nazir olub. Daha sonra Sançes 2019-cu ilin noyabrında keçirilən ümumi seçkidə qalib gəlib, lakin mütləq səs çoxluğuna nail olmayıb. Nəticədə, bazar günü keçirilən yerli seçkidə də uğursuzluğa düçar olan solçu Podemos partiyası ilə koalisiya hökuməti qurub.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]