Venezuela Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS təşkilatına qoşulmaqda maraqlıdır.
Aktualtv.az xəbər verir ki, bu sözləri Latın Amerikası ölkəsinin prezidenti Nikolas Maduro braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə birgə mətbuat konfransında deyib. Maduronun sözlərinə görə, BRİKS Cənubi Amerika ölkələrinin konsolidasiyasına kömək edə bilər.
O vurğulayıb ki, assosiasiya sülh və əməkdaşlıq istəyən dövlətləri cəlb edir və bu səbəbdən də artıq 30-dan çox ölkə üzvlük üçün müraciət edib. Braziliya lideri də öz növbəsində Venesuelanın təklifini dəstəkləyəcəyini bildirib.
Büllur Məmmədova / aktualtv.az










