Rusiyanın 2022-ci ildə Ukraynada müharibəyə başlamasının səbəbi NATO-nun genişlənməsi olub.
Aktualtv.az xəbər verir ki, bunu SLovakiyanın paytaxtı Bratislavada keçirilən Qlobal Təhlükəsizlik Forumunda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
“Əsas səbəblərdən biri NATO, NATO-nun genişlənməsi idi. Eləcə də bir sıra digər səbəblər”, – Qaribaşvili deyib.
“Spekulyasiya etmək istəmirəm. Rusiya hökumətinin bəyanatlarına da istinad etmək istəmirəm. Amma səbəblərdən biri Ukraynanın NATO üzvü olmaq istəyi və qətiyyəti idi. Ona görə də biz nəticələri gördük”, – Qaribaşvili qeyd edib.
Etibar Məmmədov / aktualtv.az










