Moskvaya 25-ə yaxın PUA hücumu olub – Ölənlər var (YENİLƏNİB)

Moskvaya 25-ə yaxın PUA-nın hücum etdiyi məlum olub.

Bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, PUA-ların əksəriyyəti Moskva vilayətində hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.  

***09:12

Moskvanın Lenin prospektinə PUA düşüb. 

Pilotsuz təyyarənin çoxmərtəbəli yaşayış binasının yaxınlığında qəzaya uğraması nəticəsində ölənlər var.

Hadisə yerinə eyni anda bir neçə təcili yardım maşını göndərilib. Ölənlərin sayı açıqlanmayıb. 

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov öz teleqram kanalında bildirib ki, Moskvada səhər saatlarından etibarən bölgədə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir: “Bu səhər Moskva vilayətinin bəzi ərazilərinin sakinləri partlayış səslərini eşidiblər. Bundan sonra hava hücumundan müdafiə sistemimiz işə düşüb”.  

Onun sözlərinə görə, Moskvada artıq bir neçə pilotsuz təyyarə vurulub.

Qubernator yerli əhalidən sakit olmağı xahiş edib.  Bununla yanaşı, Moskvanın Novomoskovsk rayonunda yaşayış binasında partlayış baş verib. 

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]