“Moskvaya 8 təyyarə tipli pilotsuz uçuş aparatı hücum edib, onların hamısı vurulub”.
Aktualtv.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, daha 5 PUA Moskvaətrafı bölgədə “Pantsir-s” zenit-raket kompleksi tərəfindən məhv edilib.
“Kiyev rejimi Moskvadakı obyektlərə pilotsuz uçuş aparatları ilə terror hücumu həyata keçirib”, – nazirlikdən bildirilib.
Büllur Məmmədova / aktualtv.az