Dronların Moskvaya hücumu Ukraynadakı qərar qəbuletmə mərkəzlərindən birinə zərbə endirilməsinə cavabdır.
Aktualtv.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, mayın 28-də Rusiya Federasiyası Ukraynadakı qərar qəbuletmə mərkəzlərindən birinə zərbə endirib. Kreml sözçüsü Moskva regionuna PUA hücumunun arxasında Kiyev rejimi dayandığına əmin olduğunu söyləyib. Peskov onu da qeyd edib ki, hazırda Moskva şəhəri və Moskva vilayətinin sakinləri üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, ölkənin Müdafiə Nazirliyi Moskvaya 8 təyyarə tipli pilotsuz uçuş aparatı ilə hücum edildiyini bildirib. Məlumata görə, onların hamısı vurulub, daha 5 PUA Moskvaətrafı bölgədə zenit-raket kompleksi tərəfindən məhv edilib.
Səbinə Kərimova / aktualtv.az










