Türkiyənin Muş vilayətində sel onlarla evi dağıdıb.
Aktualtv.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, leysan yağış selə səbəb olub, təbii fəlakət 5 avtomobilə və onlarla evə ziyan vurub, bir körpü dağılıb. Kırköy şəhər bələdiyyəsinin rəhbəri Nahit Dizman 35 evin zərər çəkdiyini bildirib.
“Hər şey bir anda oldu. Bizim müdaxilə etmək şansımız olmadı. Qəfil sel körpünün uçmasına səbəb olub. Çayın ayrı-ayrı yerlərində suötürücüləri açmalı olduq”, – deyə o qeyd edib.
Nahit Dizman əkin sahələrinin də təbii fəlakətdən ziyan çəkdiyini bildirib. Samsun şəhərində axşam saatlarında dolu və leysan həyatı iflic edib. Vezirköprü rayonunda leysan nəticəsində meydana gələn sel səbəbindən avtomobillər yollarda qalıb, evləri, iş yerlərini su basıb. Yerli sosial şəbəkələrdə sel sularının bir avtomobili aparmasının görüntüləri yayılıb. Daşqın nəticəsində bir çox əkin sahələri, körpülər zədələnib.
Səbinə Kərimova / aktualtv.az










