Bu ölkə İŞİD tərəfdarlarına qarşı genişmiqyaslı xüsusi əməliyyata başladı – Özəl

Almaniyanın Cinayət İşləri üzrə Federal İdarəsinin əməkdaşları İŞİD tərəfdarlarına qarşı genişmiqyaslı xüsusi əməliyyat keçirir.

Aktualtv.az xəbər verir ki, gün ərzində Almaniyanın 12 federal bölgəsində axtarışlar aparılıb. Söhbət terror fəaliyyətinin maliyyələşdirilməsi və dəstəklənməsindən gedir. Lakin indiyə qədər Almaniyada konkret terror aktlarının planlaşdırılıb-planlaşdırılmadığı bəlli deyil.

Axtarışlar Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin bir neçə bölgəsində də aparılır. Əməliyyata xüsusi təyinatlılar cəlb olunub.

Ümumilikdə hüquq-mühafizə orqanları 100-dən çox insanı hədəfə alır. Almaniya Prokurorluğunun elan etdiyi kimi, artıq yeddi şübhəli şəxs həbs edilib.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]