NATO Kosovaya əlavə 700 hərbçinin yerləşdirməsini işıqlandırıb.
Aktualtv.az xəbər verir ki, bu barədə açıqlamanı NATO baş katibi Yens Stoltenberq Norveçin baş naziri Yonas Qar Styer ilə birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, alyans ehtiyat qüvvələrdən bir batalyonu gücləndirilmiş hazırlıq vəziyyətinə salacaq ki, ehtiyac yaranarsa, o da yerləşdirilsin. Stoltenberq Kosovaya hücumları dayandırmağa çağırıb. Onun açıqlamaları toqquşmalarda azı 30 NATO əsgərinin yaralanmasından sonra mediada əksini tapıb.
NATO-nun Kosovodakı sülhməramlı missiyasında 11 italyan və 19 macar əsgəri əldəqayırma partlayıcı qurğulardan sınıqlar və yanıqlar da daxil olmaqla çoxsaylı xəsarətlər alıb. Üç Macarıstan əsgəri də odlu silahla yaralanıb, lakin onların xəsarətləri həyati təhlükə yaratmır. Yaralılar hazırda tibb müəssisəsində müşahidə altındadırlar. Xəstəxanaların məlumatına görə, 53-dən çox mülki şəxs isə şok bombası və gözyaşardıcı qazdan yaralanıb.
Büllur Məmmədova / aktualtv.az










