Rusiya Nazirlər Kabineti ölkədən patron və gilizlərin ixracına bu ilin sonuna qədər qadağa qoyub.
Aktualtv.az xəbər verir ki, bu barədə hökumətin saytında məlumat dərc edilib.
Qeyd olunub ki, Rusiya Baş naziri Mixail Mişustin mülki və xidməti silahlar üçün patronların, həmçinin odlu silahlar üçün patronların gilizlərinin ölkədən çıxarılmasına müvəqqəti qadağanın tətbiq edir. Qadağa bu il 31 dekabradək qüvvədə olacaq.
Səbinə Kərimova / aktualtv.az










