“Türkiyənin qərarını gözləyirik” – Özəl

“Türkiyə – İsveç – Finlandiya arasında imzalanan memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirdik, indi Türkiyənin qərarını gözləyirik”.

Aktualtv.az xəbər verir ki, bunu İsveçin Baş naziri Ulf Kristersson bildirib.

Onun sözlərinə görə, Stokholm ilə Ankara arasında NATO-ya üzvlük məsələsi ilə bağlı təmaslar davam edir:

“Ötən bazar günü keçirilən ikinci tur prezident seçkisindən sonra əlaqələrimiz olub. Memorandumun tələblərini yerinə yetirdik. Terrorla mübarizədə yeni qanun hazırlanıb. Onun sonuncu hissəsi əslində iyunun 1-dən, yəni sabahdan sonra qüvvəyə minir. Bu mühüm addımdır. Beləliklə, üçtərəfli memorandum çərçivəsində türk dostlarımıza dediklərimizi etdik. Bu çox vacibdir. Biz onların narahatlığına əsaslı səbəb olduğunu qəbul etdik”.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]