Şimali Koreya və Yaponiyada insanlar səhəri həyəcan siqnalı ilə açıblar. Hətta Seul sakinlərinə evakuasiyaya hazırlaşmağa çağıran mobil xəbərdarlıq göndərilib.
Aktualtv.az xəbər verir ki, Təhlükəsizlik nazirliyi xəbərdarlığın səhvən göndərildiyini açıqlasa da ,şəhərin meri bunun səhv olmadığını bildirib.
Məsələyə aydınlıq gətirən Yaponiya kəşfiyyatı Şimali Koreyanın ilk casus peykini orbitə buraxarkən ballistik raketdən istifadə etdiyini bildirib. Raket buraxılışı zamanı ballistik raket texnologiyasından istifadə isə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə ziddir.
Qeyd edək ki, Şimali Koreyanın dövlət mediası “Çollima-1” peyk buraxılışının uğursuz olduğu, raketin mühərrik və yanacaq sistemindəki nasazlıq səbəbilə dənizə düşdüyü barədə məlumat yayıb.
Etibar Məmmədov / aktualtv.az










