ABŞ-də Konqresin Büdcə Ofisinin hesabatına əsasən, Amerikanın borc limitini yüksəldən və hökumət xərclərini məhdudlaşdıran bir razılaşma yaxın 10 ildə federal kəsiri 1,5 trilyon dollar azaldacaq.
Aktualtv.az xəbər verir ki, bildirilir ki, 2023-2033-cü illər ərzində məcburi xərclər xalis olaraq 10 milyard dollar azalacaq, gəlirlər isə 2 milyard dollar azalacaq. Nəticədə, dövlət borcuna faiz 188 milyard dollar azalacaq.
Ofisin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə göndərdiyi məktubda yazılır ki, 2024-2033-cü illər ərzində proqnozlaşdırılan ixtiyari xərclərin azaldılması 1,3 trilyon dollar təşkil edəcək.
Xatırladaq ki, ölkənin maliyyə naziri Canet Yellen də Makkartiya xəbərdarlıq ünvanlayıb. O bildirib ki, Konqres 5 iyuna qədər borc limitini qaldırmasa və ya dayandırmasa, hökumətin öhdəliklərini yerinə yetirmək üçün kifayət qədər resurs olmayacaq.
Büllur Məmmədova / aktualtv.az










