ABŞ üçüncü dünya müharibəsinə qarşıdır, ona görə də Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmir.
Aktualtv.az xəbər verir ki, bu barədə Ağ evin strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi brifinqdə bildirib.
“Vaşinqton əmindir ki, Ukrayna ötürülməsi planlaşdırılan F-16 təyyarələrindən Rusiyaya zərbələr endirmək üçün istifadə etməyəcək. Biz təkcə Ukrayna Prezidenti Volodimir Zelenskidən deyil, həm də digər yüksəkrütbəli hərbi liderlərindən müxtəlif səviyyələrdə təminat almışıq”, – deyə Ağ ev rəsmisi diqqətə çatdırıb.
Con Kirbi həmçinin bildirib ki, ABŞ Ukraynaya 300 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.
Büllur Məmmədova / aktualtv.az










