Bakıda usta faciəli şəkildə ölüb

Bakıda usta faciəvi şəkildə ölüb.

“Report”un xəbərinə görə, hadisə mayın 31-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsində yerləşən binanın ikinci mərtəbəsində qeydə alınıb.

Belə ki, fərdi qaydada kondisioner ustası işləyən Rəhman Səfərov Manafov Rahim Oqtay oğlunun çağırışı ilə kondisioner quraşdırmaq üçün sonuncunun obyektinə gedib. Saat 16:30 radələrində həmin binanın ikinci mərtəbəsində yerləşən otağın pəncərəsindən keçməklə çöl divar hissəsində kondisionerin motorunu quraşdırarkən ehtiyatsızlıqdan yıxılaraq müxtəlif bədən xəsarətləri alıb. Daha sonra o, aparıldığı 1 saylı Klinik Tibbi Mərkəzdə göstərilən tibbi müdaxilələrə baxmayaraq, ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]