İsveç tezliklə NATO-nun üzvü olmalıdır.
Aktualtv.az xəbər verir ki, bu bəyanatı İsveçin xarici işlər naziri Tobias Bilstrem Osloda keçiriləcək Şimali Atlantika Alyansının üzvləri ilə görüşə yola düşməzdən əvvəl verib.
Krallıq rəsmisinin sözlərinə görə, onun ölkəsinin hədəfi NATO-nun bu ilin iyulunda Vilnüsdə keçiriləcək sammitində alyansın üzvü qismində iştirak etməkdir.
“Bilirik ki, ABŞ bizim müraciətimizi ardıcıl şəkildə dəstəkləyir. Biz İsveçin NATO-ya üzv olmasında maraqlıyıq”.
Qeyd edək ki, NATO-ya üzv dövlətlərin əksəriyyəti İsveçin alyansa üzvlüyü ilə bağlı müraciətini dəstəkləyir. Skandinaviya Krallığının Şimali Atlantika Alyansına daxil olmasının önündə başlıca ciddi maneə rəsmi Stokholma öz iddialarını irəli sürən Türkiyə və Macarıstan hökumətləri olub.
Büllur Məmmədova / aktualtv.az