NATO ölkələri Ukraynanı yeni təhlükəsizlik arxitekturasına daxil etmək üçün ona etibarlı təhlükəsizlik təminatları hazırlamalıdır.
Aktualtv.az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron GLOBSEC-in Bratislava Forumunda deyib.
Makron vurğulayıb ki, bu məsələ iyulun 11-12-də Vilnüsdə keçiriləcək NATO sammitinə qədər işlənməlidir. Fransa prezidentinin sözlərinə görə, Birləşmiş Ştatlar tərəfindən İsrailə təmin edilən təhlükəsizlik və ittifaqda tam hüquqlu üzvlük arasında bir şey qurulmalıdır.
Bunun əksinə olaraq, Makron yenə də Vilnüs sammitində Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı konsensus əldə edilməyəcəyini düşünür.
Büllur Məmmədova / aktualtv.az










