Mask yenidən birinci yerə çıxdı – Özəl

“Tesla” və “SpaceX”-in qurucusu Elon Mask “Bloomberg” Milyarderlər İndeksi üzrə dünyanın ən zəngin adamları siyahısında növbəti dəfə birinci yerdədir.

Aktualtv.az xəbər verir ki, onun sərvəti 192 milyard dollar qiymətləndirilir. LVMH (Moet Hennessy-Louis Vuitton) şirkətinin sahibi Bernard Arno 187 milyard dollar sərvəti ilə ikinci yerə düşüb.

“Forbes”in oxşar reytinqində Bernard Arno hələ də ən varlı adamdır, onun sərvəti 215 milyard dollar qiymətləndirilir. Eyni zamanda, İlon Mask 200 milyard dollar sərvəti ilə ikinci yeri tutur.

Bernard Arno 2022-ci ilin dekabrında “Bloomberg” reytinqində İlon Maskı ötüb. Bu, texnologiya sənayesindəki çətinliklərlə əlaqədar idi. Parisdə yerləşən “Euronext” birjasında ticarət zamanı LVMH səhmləri 2,6% ucuzlaşdığından iş adamları indi yerlərini dəyişiblər.

Murad Həsənov / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]