NATO-nun Baş katibi Yens Stoltenberq yaxın vaxtlarda Türkiyəyə səfər edəcək.
Aktualtv.az xəbər verir ki, bunu o, Alyansın xarici işlər nazirlərinin Norveçdə keçirilən qeyri-rəsmi toplantısında deyib. Baş katib Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlüyünü məsələsini müzakirə edəcək. Səfərin dəqiq tarixi açıqlanmayıb.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyənin tələblərini yerinə yetirən Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. İsveçin Baş naziri Ulf Kristerssonun son açıqlamasında onlar da Türkiyə – İsveç – Finlandiya arasında imzalanan memorandumdan irəli gələn öhdəlikləri yerinə yetirdiklərini və Türkiyənin qərarını gözlədiklərini bildirib.
Etibar Məmmədov / aktualtv.az