“Kosovoya əlavə qüvvələrin göndərilməsi NATO-nun toqquşmaların siyasi həllindən imtina etməsi demək deyil”.
Aktualtv.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Osloda keçirlən NATO XİN başçılarının iclasından əvvəl deyib.
“NATO əsgəri artıq bizim Kosovadakı qüvvələrimizi dəstəkləmək üçün oraya göndərilib. Lakin bu, sülh yolu ilə nizamlanmanın rədd edilməsi demək deyil, NATO Aİ-nin himayəsi altında danışıqları tam dəstəkləyir”, – Stoltenberq bildirib.
Etibar Məmmədov / aktualtv.az










