Rusiyanın bu ölkədəki 4 konsulluğu bağlanır – Özəl

Almaniyada Rusiyanın 4 konsulluğu bağlanacaq, yalnız biri fəaliyyət göstərəcək.

Aktualtv.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Vurğulanıb ki, Rusiyanın diplomatik nümayəndəlikləri ilin sonuna qədər öz işlərini başa çatdırmalıdırlar. Almaniya da öz növbəsində 5 ay ərzində Novosibirsk, Yekaterinburq və Kalininqraddakı konsulluqlarını bağlayacaq.

Qeyd edək ki, Rusiyadan olan diplomatlar casusluqda şübhəli bilindiklərinə görə uzun müddətdir ki, müxtəlif Avropa ölkələrindən qovulublar.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]