Toydan gələn qayınana kürəkənini bıçaqladı – MƏHKƏMƏ

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sahilə Səmədovanın (ad və soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Aynur Rzayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

İttihama görə, hadisə 07 iyul 2022-ci il tarixdə, saat 16 radələrində Qobustan şəhəri, Koroğlu küçəsində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, toydan qayıdan Sahilə Səmədova evinin həyətində olan mətbəxdə qızı ilə kürəkəni, zərərçəkmiş Nizam Həsənovun (ad və soyadı şərti) mübahisə etdiyini görüb. Bu zaman o, pərdə asmaq üçün istifadə olunan karniz və əli ilə Nizamın bədəninin müxtəlif nahiyələrinə zərbə vurub. Daha sonra Sahilə Səmədova mətbəx bıçağını götürüb qisas niyyəti ilə zərərçəkmiş şəxsin qarın nahiyəsindən bir dəfə zərbə endirib.

Məhkəmə istintaqı zamanı o, elan edilmiş ittiham üzrə özünü təqsirsiz bilib.

Qeyd edək ki, Sahilə Səmədova Qobustan şəhəri, A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbdə xadimə işləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]