Türkiyə Böyük Millət Məclisi sabahdan fəaliyyətə başlayır.
Aktualtv.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd olunub ki, Dövlət Baxçalının sədrliyi ilə 28-ci çağırış ölkə parlamentinin deputatlarının andiçmə mərasimi sabah keçiriləcək.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 3 iyunda and içəcəyi bildirilib.
Səbinə Kərimova / aktualtv.az