Xartum bombalandı – 17 ölü, 106 yaralı – Özəl

Sudanın paytaxtı Xartum şəhərinin cənubunun bombalanması nəticəsində 17 nəfər ölüb, 36-sı ağır olmaqla 106 nəfər yaralanıb.

Aktualtv.az xəbər verir ki, məlumatı Sudan Tibb İşçilərinin Həmkarlar Təşkilatı yayıb.

Bildirilib ki, yaralıların sayı çox olduğundan bölgədə xəstəxana və həkim çatışmazlığı yaranıb. Həmçinin məlumatda iyunun 15-dək Sudan üzərindən uçuşların qadağan edildiyi bildirilib.

Qeyd edək ki, Sudanda silahlı qarşıdurma nəticəsində evlərini tərk edənlərin sayı 700 mini keçib. Onlar məktəblərdə, inzibati binalarda yerləşdirilib. Xatırladaq ki, aprelin 15-də Sudanda ordu ilə Çevik Reaksiya Qüvvələri arasında silahlı toqquşmalar başlayıb. Toqquşmalar nəticəsində ölənlərin sayı 900-ə çatıb. Bildirilib ki, hərbi əməliyyatlar nəticəsində indiyədək 4 minə yaxın insan yaralanıb.

Səbinə Kərimova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]