Paşinyan Ərdoğanın inauqurasiyasında iştirak edəcək

Xəbər verdiyimiz kimi, iyunun 3-ü Türkiyədə yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi keçiriləcək.

Aktualtv.az “NTV”yə istinadən məlumatına görə, tədbirdə Azərbaycan, Şimali Kipr, Qazaxıstanla yanaşı, 20-yə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı gözlənilir.

Bununla yanaşı, Ermənistanın Baş naziri Nikol Paşinyanla NATO Baş katibi Yens Stoltenberqin də inauqurasiya mərasiminə qatılmaq üçün Türkiyəyə səfər edəcəyi planlaşdırılır.

Ermənistan Nazirlər Kabineti, öz növbəsində, Paşinyanın andiçmə mərasimində iştirak üçün Ankaraya səfər edəcəyini təsdiqləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]