Şuşada türk şöləni…

Şuşa.. 2023-cü il, 1 iyun…

O gün dağlardan boylanan günəş Şuşanın tarixi məkanında qurulmuş ağ çadırı öz isti qucağına aldı. Bir neçə saat sonra burada qurulan və türkün tarixi identiklik simvolu olan çadırlarda türk dünyasının 5 ölkəsindən gəlmiş uşaqlar öz rəqslərini nümayiş etdirəcəklər. Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan Şuşaya təşrif buyurmuş 150-dən çox uşaq həm Şuşanı, Cıdır düzünü seyr edir, həm də rəşadətli Azərbaycan əsgərlərinin Şuşa qalasının fəth hekayəsini dinləyirdilər.

Qazaxıstandan gəlmiş 10 yaşlı Sadat Nur, Turbek Öser Şuşa qalası ilə bağlı təəssüratlarını elə heyranlıqla təsvir edirdilər ki…

Və saat 11:15. Beynəlxalq Uşaq Festivalı başladı… Azərbaycanlı uşaqların “Qaytağı” rəqsi, türk çocuqların “Fethiye” yörəsinə qarışdı, qazax uşaqlarının “Baldırqan” rəqsi tamaşaçılarda bənzərsiz hisslər yaratdı, qırğız uşaqlarının “Temir komuz”, özbək uşaqlarının “Assalom” rəqsləri auditoryanı çoşdurdu.

Uşaqlar o qədər enerjili və sevincli idilər ki, bunu görmək üçün onlarla birgə olmaq lazım idi.

Şuşa da türk ölkələrinin uşaqlarını öz ağuşuna aldığı üçün çox sevinirdi. Şuşanın təbiəti də bütün əhval-ruhiyyəsini doğma qonaqlarına göstərmək istəyirdi sanki – yağışı, dolusu, şimşəyi, günəşi ilə.

Bu tədbirin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi təpədən dırnağa türk şəhəri olan Şuşanın türk şöləni ilə süstlənməsi idi. Bu torpaqdan pərvazlanan Üzeyir bəyin Hacıbəylinin, Firudin bəy Köçərlinin, Əhməd bəy Ağaoğlunun ruhları göylərdə bərqərar idi. Həm də bu tədbirin ulu öndər Heydər Əliyevə ithaf olunması ayrı bir ruh yaradırdı.

Şuşanın iki gün ərzində türk ölkələrinin uşaqlarına ev sahibliyi etməsi yəqin ki, onların yaddaşlarında əbədi qalacaq.

Özü də Şuşada türk şöləni kimi..

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]