DİN -dən tabesizlik göstərən şəxslə bağlı AÇIQLAMA

“Tik-tok” platformasında Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının ünvanına əsassız və qərəzli formada iddialar səsləndirən, eləcə də onlar barəsində nalayiq ifadələr işlədən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Süleymanov müvafiq araşdırmalar aparılması məqsədilə polis şöbəsinə dəvət edilib.

DİN-in mətbuat xidmətinin bölgə üzrə baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, o, yenidən səs-küy qaldıraraq nizamsız hərəkətlərini davam etdirmiş, onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərib. Bu hərəkətlərinə görə onu rayon polis şöbəsinə gətiriblər.

Qanunamüvafiq olaraq A.Süleymanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

Qeyd edək ki, Gəncə şəhər sakini olan A.Süleymanov Daşkəsən rayonu ərazisində ayrı-ayrı vətəndaşlara məxsus örüş sahələrini zəbt edərək qanunsuz olaraq digər şəxslərə icarəyə verib. Onun bu cəhdinin qarşısını polis əməkdaşları aldığına görə A.Süleymanov polis haqqında həqiqətə uyğun olmayan iddialar səsləndirib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]