Türkiyə rüsumları artırır – Özəl

Türkiyə iyulun 1-dən gəmilərin Bosfor və Çanaqqala boğazlarından keçməsi üçün rüsumları 8%-dən çox artırır.

Aktualtv.az xəbər verir ki, bu qərardan sonra ölkənin həmin sahə üzrə gəlirləri bu il 900 milyon dollara çata bilər.

Ötən ilin oktyabrında Türkiyə hakimiyyəti ticarət gəmilərinin Bosfor və Dardanel boğazlarından keçməsi üçün rüsumları 5 dəfə artırıb. Məbləğ 1936-cı ildə boğazlarda naviqasiyanı tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frank əsasında hesablanır.

Montrö Konvensiyasının imzalanması zamanı qızıl frank 0,8 dollara bərabər idi, ötən ilin oktyabrında onun dəyəri 4,08 dollara yüksəldilib.

Büllur Məmmədova / aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]