İş adamı Anar Hüseynov HƏBS EDİLDİ

Rusiyanın Ulyanovsk məhkəməsi azərbaycanlı iş adamı 32 yaşlı Anar Hüseynovu həbs edib. 

Aktualtv.az xəbər verir ki, biznesmen haqqında 2023-cü il avqustun 5-dək iki ay müddətinə həbs-qətimkan tədbiri görülüb. 

Azərbaycanlı iş adamı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 238-ci maddəsi (ehtiyatsızlıq tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümü ilə nəticələnən) ilə həbs edilib. Onu beş ilədək məcburi əmək və ya on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Qeyd edək ki, A.Hüseynovun “Andi” MMC adlı şirkətinin istehsal etdiyi “Cənab Sidr” içkisindən 30-dan çox insan ölüb, 100-ə yaxın insan zəhərlənib. 

Hazırda “Andi” MMC-nin menecerləri Anton Frolov və Ramil Aslanov, həmçnini baş mühasib Polina Uskova da saxlanılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]