“Gürcüstan qeydiyyatlı avtobusların sərnişindaşıması yolverilməzdir” – Anar Rzayev

Ölkədə Gürcüstan qeydiyyat nişanlı avtobuslar sərnişindaşımalar həyata keçirirlər.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev deyib.

AYNA sədri bildirib ki, bu, yolverilməzdir və bütün ölkələrdə belədir.

O həmçinin qeyd edib ki, qanunvericilikdə iki sahədə boşluqlar mövcuddur. “Bunlar taksi aqreqatorları və nə avtobus, nə də taksi olmayan nəqliyyat vasitələri ilə sərnişindaşıma ilə bağlıdır. Qanunvericilikdə boşluqdan istifadə edən bu cür aqreqatorlar dövlət qurumları ilə əməkdaşlıqda maraqlı olmurlar. Qanunvericiliyə edilən dəyişikliklər bu sahədə fəaliyyəti tənzimləmək məqsədi daşıyır”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]