Pakistanın Baş naziri Azərbaycana səfər EDƏCƏK

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif 14-15 iyun 2023-cü il tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Bu barədə Pakistan Xarici İşlər nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş nazirin rəhbərlik etdiyi heyətə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər də daxildir.

“Çoxtərəfli forumlarda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər və əməkdaşlıq da müzakirə olunacaq. Pakistan-Azərbaycan münasibətləri ortaq inanca, mədəniyyətə, tarixə əsaslanır. Bu əlaqələr regional və qlobal məsələlərə dair qarşılıqlı etimad və baxışların uzlaşması ilə möhkəmlənir. Rəhbərlik səviyyəsində mütəmadi mübadilələr iki ölkə arasında dostluq bağlarını göstərir, Pakistan və Azərbaycan xalqlarının rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığı təşviq edir”, – məlumatda qeyd olunub.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]