Beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb

Beynəlxalq səyyahların Qarabağa və Şərqi Zəngəzura dördgünlük səfəri başlayıb.

Aktualtv.az xəbər verir ki, onlar 4 gün ərzində Ağdam-Tərtər-Kəlbəcər-Laçın-Qubadlı-Zəngilan-Cəbrayıl-Füzuli-Xocavənd-Şuşa avtomobil yolunun marşrutu üzrə hərəkət edəcək.

Qeyd edək ki, ABŞ, Böyük Britaniya, Almaniya, Avstriya, İtaliya, İspaniya, Ukrayna, Rusiya, Türkiyə, Rumıniya, Filippin, Avstraliya və Sent-Lüsiyadan olan səyyahlar dünyaca məşhur MTP (“Most Traveled People”) təşkilatının üzvləridir.

Xatırladaq ki, son 2 il ərzində dünyanın əsas beynəlxalq səyahət şəbəkələrinin komandaları 2021-ci ildə 1, 2022-ci ildə 4 və 2023-cü ildə 2 dəfə olmaqla, Qarabağa və Şərqi Zəngəzura 7 dəfə səfər ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]