İki güləşçimiz Avropa çempionatının finalında

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

55 kq-da Hacı Kərimov və 110 kq-da Yusif Dursunov adlarını həlledici görüşə yazdırıblar.

Kərimov yarımfinalda fransalı Ubayda İtayev üzərində inamlı qələbə qazanıb – 12:0. Dursunov isə türkiyəli Arda Gülerə 11:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]