Əli Əliyev işdən çıxarıldı

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstandakı nümayəndəliyinin rəhbəri Əli Əliyev işdən çıxarılıb.

Bu barədə Aktualtv.az a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Ə.Əliyevin səlahiyyət müddəti başa çatıb.

“Onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 2023- cü ilin yanvarında fəaliyyətinə müvafiq əmrlə xitam verilib. Fəaliyyət müddətinin uzadılması vəzifəsinin öhdəsindən gələ bilməməsi, işində yol verdiyi nöqsanlar səbəbindən məqsədəuyğun sayılmayıb”, – QMİ-nin məlumatında vurğulanıb.

Qeyd edək ki, bir neçə gün əvvəl “Qafqazinfo”da Ə.Əliyevlə bağlı yazı yayımlanmışdı. Yazıda bildirilirdi ki, Ə.Əliyev uzun illər QMİ nümayəndəsi kimi Gürcüstan ərazisində Acarıstan da daxil olmaqla bütün müsəlmanların (həm sünni, həm də şiə) məsələlərinin idarə olunmasına cavabdeh olsa da, daima öz merkantil maraqlarını güdüb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]