“Respublikalarımızı Volqa və Xəzər birləşdirir” – Tatarıstan Rəisi

“Biz regional səviyyədə də ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə veririk”. 

Bunu Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov deyib. 

O, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışından sonra qeyd edib ki, Tatarıstan İlham Əliyevin Rusiya-Azərbaycan dostluq münasibətləri çərçivəsində respublika ilə əməkdaşlığa şəxsi diqqətini yüksək qiymətləndirir: “Bu gözəl ənənələrin əsası Mintimer Şaymiyev və Heydər Əliyevin zamanında onlar tərəfindən qoyulub. 

Ötən il Tatarıstan-Azərbaycan ticarət dövriyyəsi 78% artaraq 125 milyon dolları ötüb. Bu ilin ilk üç ayında qarşılıqlı ticarət dövriyyəsi 16% artaraq 20,5 milyon dollar təşkil edib. Tatarıstan Azərbaycana kənd təsərrüfatı, əczaçılıq və kağız məhsulları ixrac edir. Öz növbəsində Azərbaycandan neft məhsulları, minerallar, meyvə-tərəvəz idxal olunur.

Respublikalarımızı Volqa və Xəzər birləşdirir. Biz Volqa-Xəzər hövzəsinin nəqliyyat və logistika imkanlarından daha fəal istifadə etməliyik”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]