“DroneX” komandası ABŞ-də nüfuzlu yarışda iştirak edəcək

Azərbaycanlı tələbələrdən ibarət “DroneX” komandası pilotsuz uçuş aparatları (PUA) sahəsində dünyanın ən nüfuzlu müsabiqəsi olan “SUAS 2023”də iştirak edəcək.

Aktualtv.az  xəbər verir ki, yarışın ilk mərhələsini uğurla keçən komanda iyunun 21-22-si müsabiqənin final mərhələsində iştirak etmək üçün ABŞ-nin Merilend ştatına yola düşüb.

Yarışa Amerika və İngiltərənin ən yaxşı universitetləri də daxil olmaqla ümumilikdə 72 komanda qatılır.

“Palmali Holding”in dəstək olduğu “DroneX” komandası 2022-ci ildə Türkiyənin Yıldız Teknik Universitetinin azərbaycanlı tələbələri tərəfindən PUA sahəsində müdafiə sənayesinə istiqamətlənən yenilikçi layihələrin həyata keçirilməsi məqsədilə yaradılıb.

“DroneX” yaradıldıqdan bu yana “Teknofest Azərbaycan” PUA, Teknofest “Serbest Görev Uluslararası İHA” 2022 və Teknofest “Uluslararası İHA” 2023 olmaqla üç böyük yarışda iştirak edib. Komanda 2023-cü ildə keçirilən “Teknofest”də inkişaf etdirdikləri və texnoloji bacarıqları ilə önə çıxan “MÜBARİZ” adlı Silahlı Pilotsuz Uçuş Aparatı ilə birinci yerə layiq görülüb. Komanda bu uğurunu Azərbaycan şəhidlərinə həsr edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]