“Dərmanların qiyməti müəyyən ölkələrlə müqayisədə bahadır” – Nazir müavini

Azərbaycanda dərman vasitələrinin qiyməti müəyyən ölkələrlə müqayisədə bahadır.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında səhiyyə nazirinin müavini Rasim İsmayılov deyib.

Nazir müavini bildirib ki, həmin ölkələrin sayı elə də çox deyil: “Adətən qiymət fərqləri qardaş Türkiyə ilə müqayisə edilir. Qeyd edim ki, orada dərmanların 70-80 %-i daxili istehsaldır. Orada qiymətlərin tənzimlənməsi üçün fərqli yanaşma var. Tarif Şurası, Səhiyyə və İqtasiyyat Nazirlikləri qiymət siyasətinin müəyyənləşdirilməsi istiqamətində ciddi müzakirələr gedir. Təkliflərimiz var. Bu da mövcud mexanizmlərdən tamamilə fərqlənir. Təklif etdiyimiz qiymətlərin müəyyənləşdirilməsi mexanizminin qəbul olunmasına çalışacağıq. Eyni zamanda, istinad ölkələrinin siyahısına yenidən baxılması nəzərdə tutulur və təbii ki, real bazar qiymətləri əks olunacaq”.

R.İsmayılov qeyd edib ki, Ddərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün kifayət qədər ciddi problem yaradırdı:

“Xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraqlı deyildilər. “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması təklif olunur. Türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul edilməsi təklif edilir”.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]