Şahin Mustafayev iranlı nazirlə danışıqlar apardı

Bu gün Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri – Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş arasında telefon danışığı olub.

Telefon danışığında Birgə Komissiyanın gündəliyində olan layihələr müzakirə edilib.

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına dair məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Mehrdad Bazarpaş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamlanmasına və ən sürətli şəkildə reallaşacağına ümidvar olduğunu bildirib.

Şahin Mustafayev iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafının zəruriliyini qeyd edib və iranlı naziri qarşıdan gələn Qurban bayramı münasibəti təbrik edib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]