Mübariz Mənsimovun atası bugün Bakıda dəfn ediləcək

“Palmali Holding”in prezidenti Mübariz Mənsimovun ötən gün vəfat edən atası Qurban Mənsimovun cənazəsi bugün Bakı vaxtı ilə saat 12:00-da özəl təyyarə ilə İstanbuldan Bakıya yola salınacaq.

Əvvəlcə, Bakıda ailə üzvlərinin və qohumlarının mərhumla vidalaşması üçün cənazə evə gətiriləcək, oradan isə qəbirstanlığa aparılacaq.

Dəfn mərasimi bugün saat 18:00-da Bakıda Keşlə qəbirstanlığında olacaq.

Qurban Mənsimovun dəfn mərasimində iştirak etmək istəyən şəxslər qeyd olunan saatda Keşlə qəbiristanlığına gələ bilərlər.

Qurban Mənsimov vəsiyyətinə uyğun olaraq, mərhum qızı Nüşabə xanımın məzarının yanında dəfn ediləcək.

Onu da qeyd edək ki, mərhumun vəfatı ilə əlaqədar istər Azərbaycandan, istərsə də, xarici ölkələrdə yaşayan soydaşlarımızdan saysız-hesabsız zənglər, mesajlar gəlməkdədir. Başsağlığı verən hər kəsə dərin təşəkkürümüzü bildiririk.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]