Valideynləri ali təhsilli olanlar daha çox bal toplayır – DİM sədri

Valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “İnsan Resursları Zirvəsi 2023” tədbirinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, 50 faizə yaxın nəticələr göstərir ki, abituriyentlər xarici dili B1 səviyyəsində bilirlər:

“Bacarıqları ölçmək üçüm müəyyən alətlər var. Lakin yumşaq bacarıqları ölçən alətlər bizdə işləmir. Gələcəkdə tətbiqi nəzərdə tutulur. Digər tərəfdən hər il bilirik ki, icbari təhsildən sonra 15-16 faiz şəxs hansı səviyyə ilə əmək bazarına daxil olur. Onlar üçün xüsusi dövlət proqramı olmalıdır ki, müəyyən ixtisas sahibi olsunlar. Biz bu yeniyetmələrlə işləməyə başlamışıq və bu, vacib bir prosesdir”, – deyə DİM sədri vurğulayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]