Azərbaycanda bu ödənişlər geri qaytarılacaq

Ödəniş xidməti təchizatçısı avtorizə edilməmiş ödəniş əməliyyatının məbləğini bu ödəniş əməliyyatının icrası üçün ödəyicidən tutulan bütün xidmət haqları ilə birgə ödəyiciyə geri ödəməlidir.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində əksini tapıb.

Ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı halda da bu Qanunun 25.1-ci maddəsinin tələbləri şamil edilir. Avtorizə edilməmiş ödəniş əməliyyatı vasitəçi tərəfindən başlanıldığı təqdirdə hesaba xidmət göstərən ödəniş xidməti təchizatçısı ödəyiciyə bu Qanunun 25.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada vəsaiti geri qaytarır. Avtorizə edilməmiş ödəniş əməliyyatı üzrə vasitəçinin təqsiri müəyyən edildikdə o, ödəyiciyə vəsaitin geri qaytarılması ilə bağlı ödəniş xidməti təchizatçısının çəkdiyi xərcləri kompensasiya etməlidir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]